Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Satışa çıxarılan CANAVAR SİDİYİ nə üçün nəzərdə tutulub? - ŞOK CAVAB

Satışa çıxarılan CANAVAR SİDİYİ nə üçün nəzərdə tutulub? - ŞOK CAVAB

Tarix: 19 Dekabr 2021 18:16

Onlayn satış səhifələrində çox qəribə, qeyri-adi məhsullara rast gəlinir. Məsələn, lazerli qayçı, tərəzili çemodanlar və s. Bütün bunların təyinatı məlumdur. Lakin satışa elə məhsullar da çıxarılır ki, onların barəsində oxuyub öyrənənədək insanı düşünməyə vadar edir. 

Milli.Az Lent.az-a istinadən sözügedən məhsullardan biri olan Canavar sidiyini təqdim edir. 

İlk baxışdan xüsusi zövqlə qablaşdırılmış Canavar sidiyi nə üçün nəzərdə tutulub. Məhsul haqqında oxuduqda bunun heç də çətin olmadığını görürük.

Bildiyimiz kimi, heyvanlar qoxulara qarşı çox həssasdır, xüsusən də vəhşi heyvanlara qarşı. İstehsalçılar tərəfindən arzuolunmaz heyvanları qorxutmaq üçün müxtəlif vasitələrdən biri kimi canavar sidiyi hazırlandı.

Məsələn, bu məhlul İsveçdə meşə zolağından və ya yaxınlığından keçən yolların kənarına tökülür. Bu zaman qəfildən yola çıxaraq avtomobillərə əsl maneə yaradan heyvanların magistrala yaxınlaşmalarının qarşısı alınır. Bəzən ovçular meşənin çox dərinliyinə girərkən və ya yolu azarkən digər yırtıcılardan qorunmaq üçün Canavar sidiyindən istifadə edə bilər.

Milli.Az


Etiketlər:  Satışa çıxarılan CANAVAR SİDİYİ üçün nəzərdə tutulub ŞOK CAVAB


RƏYLƏR