Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2021 12:15
Əməkdar artist Xumar Qədimova MTV-də yayımlanan "10-da görüşək" proqramında qonaq olub.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, sənətçi efirə çıxmazdan öncə studiyanın görüntüsünün dəyişdirilməsini tələb edib. Qədimovanın istəyinə uyğun olaraq studiyadakı böyük masa və hündür oturacaqlar rahat kreslolarla əvəzlənib.
Bundan öncə X.Qədimovanın Vüsalə Əlizadənin "7 canlı" verilişində qonaq olarkən studiyada yerləşdirilən "Xumar" yazısının "10-da görüşək"də də yer alması diqqətdən yayınmayıb.
Qeyd edək ki, analoji tələbi Xalq artistləri Röya Ayxan və Aygün Kazımova da edir.