Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Adsız məhəllənin problemləri - VİDEO

Adsız məhəllənin problemləri - VİDEO

Tarix: 21 Dekabr 2021 15:44

Dərdlərini dilə gətirənlər Xəzər rayonu binə qəsəbəsi ünvansız məhəllənin sakinləridir. Bəli məhz ünvansız məhəllə. Adsız məhəllənin bitib-tükənməyən problemləri ilə üz-üzə qalan biçarə sakinlər dərdlərini danışdıqca əlacsızlıqları hər kəlmədən sezilirdi.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sezilən digər məsələ isə onların bu problemləri səsləndirərkən hardan başlayıb harda dayanacaqlarını bilməmələri idi. sakinlər Birini bitirmədən digərinə keçid edərək yaşantılarının ağırlıqlarını çatdırmğa çalışırdılar.

Çəkiliş zamanı müsahibimiz dəyişsə də dilə gətirilən problemlərin arasında dəyişməyən yeganə məsələ içməli su məsələsi olaraq qalırdı. Sakinlərin ən çox arzuladıqları bu əraziyə içməli suyun çəkilməsidir. Həyat mənbəyi olan susuz yaşantıları dözülməz olan sakinlər deyirlər ki, bu məsələ ilə bağlı lazimi orqanlara müraciət etsələr də şikayətlərinə baxan tapılmayıb. ərazidə xüsusi maşınlarla su satışı həyata keçirilsə də buna sakinlərin maddi vəziyyəti imkan vermir.

Sakinlər bildirilər ki, onların yaşadığı ərazinin ətrafındakı bütün məhəllələrə su çəkilib. Ögey münasibətlə qarşılaşan yalnız onlardır. Hər halda onlar belə iddia edirlər.

Adsız məhəllənin digər problemlərini biz sadalayaq, siz sayın: Gecələr zülmətə məhkum olan küçələr, zibil qutuları olmadığından zibillənən , anti sanitariyanın hökm sürdüyü ərazi, yağışlı havalarada keçilməsi mümkün olmayan yollar ,marşurut xəttinin, kanalizasiya sisteminin olmaması, yaxınlarından biri xəstələnərkən təcili yardıma deyiləcək ünvanın yoxluğu...

Bu problemlərin ağuşunda çırpınaraq ömr sürməyə davam edən və bunu yaşamaq yox sürünmək adlandıran sakinlər verlişimiz vasitəsi ilə aidiyyatı qurumlara müraciət səsləndirdilər.

Sadalanan məsələlərlə bağlı öncə Xəzər rayon icra hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, sözügedən ərazidə vaxtaşırı manitorinqlər həyata keçiririk və mövcud problemlərin müsbət həlli isttiqamətində işlər görülür. Həmin ərazidə istismara yararsız olan yolların uzunluğu müəyyən edilərək əsaslı təmir və yenidənqurma işlərinin aparılması məqsədi ilə təkliflər hazırlanıb və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilib. Eyni zamanda ərazidə su və kanalizasiya layihələndirilməsi və inşası məqsədilə "Azərsu" ASC -nə müraciət ünvanlanıb.

Bu işlərin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Daha sonra Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.

İlk baxışdan sadalanan problemlər çox görünə bilər. lakin,problemin həllinə bir yerdən başlanarsa davamı gələr. ümid edək ki, adsız məhəllənin bütün problemləri öz həllini tapacaq.

Milli.Az


Etiketlər:  Adsız məhəllənin problemləri VİDEO


RƏYLƏR