Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Orqanizmi Yeni il tətillərinə necə hazırlamalı? - iHerb mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR

Orqanizmi Yeni il tətillərinə necə hazırlamalı? - iHerb mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR

Tarix: 21 Dekabr 2021 22:57

Yeni il gecəsi təkcə ailə ilə vaxt keçirmək zamanı deyil. Təəssüf ki, həyat ritmində və fəaliyyət növündəki dəyişikliklər səbəbindən bu dövrdə bir sıra sağlamlıq problemləri yarana bilər. Hətta yemək və alkoqol zəhərlənməsi, infarkt və mədə-bağırsaq xəstəlikləri kimi bir sıra tipik "Yeni il xəstəlikləri"nə də rast gəlmək olar.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, nevroloq, tibb üzrə fəlsəfə doktoru və iHerb mütəxəssisi Marina Sternin orqanizmi Yeni ilə necə hazırlamaq barədə tövsiyələrini təqdim edir.

Təəssüf ki, bir çox insanlar üçün tətillər istirahət və məhdudiyyətlərdən imtina hissi ilə əlaqələndirilir. Tətilin bir həftəsində, ümumiyyətlə, il boyu düzgün qidalanma prinsiplərinə riayət edən şəxslər 5-10 kiloqram çəki alırlar. Belə "istirahət" ilə əlaqədar olaraq, xroniki qastrit və pankreatitli insanlar xəstəliklərin ağırlaşmaları ilə qarşılaşa bilərlər.

Qida zəhərlənməsi

Bayram tətilində insanlar adi günlərə nisbətən daha çox yemək yeyirlər, buna görə də mədə-bağırsaq traktının yükü artır. Bədən böyük miqdarda qida qəbul etməyə hazır olmaya bilər. Qeyri-adi bayram yeməkləri də həzmə təsir edə bilər.

Məhsulların növünə, qoxusuna, dadına və rənginə çox diqqət yetirməyə dəyər. Müəyyən çərçivədə yemək daha yaxşıdır. Həddindən artıq çox yeməyin zərəri yeyilən yeməyin ləzzətindən qat-qat çox olacaq.

Bu səbəbdən, Yeni il tətilləri ərəfəsində mədə-bağırsaq traktının işini normallaşdıran qida əlavələri qəbul etmək olar. Bu əlavələr mədə narahatlığını azaltmağa, ümumi bağırsaq sağlamlığını yaxşılaşdırmağa və həddindən artıq qaz və şişkinliyin qarşısını almağa kömək edə bilər. Məsələn, probiotik formulaları immunitet sistemini gücləndirmək və sağlam həzmi qorumaq üçündür. Aktivləşdirilmiş kömür haqqında da unutmaq olmaz: onu ilk yardım çantasında saxlamaq daha yaxşıdır.

Alkoqol zəhərlənməsi

Bayram günlərində spirtli içkilərdən zəhərlənmə riski hələ də mövcuddur. İlk növbədə, belə zəhərlənmədən qaraciyər əziyyət çəkir, sonra isə bütün mədə-bağırsaq traktı.

Böyük dozalarda spirtli içki qəbul etmək məsləhət görülmür. Zəhərlənməni azaltmaq üçün bayram yeməyindən bir saat əvvəl enterosorbent preparatını qəbul etmək məqsədəuyğundur. Eyni zamanda boş mədəyə spirtli içki qəbul etmək olmaz. Kifayət qədər su içmək əsas şərtlərdəndir.

Ürək tutmaları

Həkimlər arasında belə bir bir termini var: "Yeni il" və ya "Milad" infarktı. Onlar yüksək emosional stres, dərman qəbulunda fasilələr, qeyri-müntəzəm spirt istehlakı səbəbindən baş verir.

Əgər ürək tutmaları ilə bağlı risk altındasınızsa və həkiminizin göstərişi ilə ürək dərmanları içirsinizsə, həmin preparatları qəbul etməyi dayandırmayın. İstirahət üçün fasilələr verməyə, stres səviyyələrini azaltmağa çalışmaq lazımdır. Sağlamlıq vəziyyətinə diqqət yetirmək və vəziyyət pisləşərsə, dərhal təcili yardım çağırmaq son dərəcə vacibdir.

Ürək-damar sağlamlığını qorumaq üçün həkimlə məsləhətləşdikdən sonra vitamin qəbul etməyə başlamaq olar. Qan təzyiqini normallaşdırmağa və ürək dərəcəsini bərpa etməyə kömək edən bir sıra təbii dərmanlar var. Buraya su-elektrolit balansını qorumaq və karbohidrat mübadiləsini tənzimləmək aiddir. Lakin belə ciddi məsələlərdə mütəxəssislərin tövsiyələrinə diqqət yetirmək daha yaxşıdır.

Fəal istirahət

Sıfırdan aşağı temperaturda oynaqlar və bağlar elastikliyini itirir. Buna görə də, Yeni il tətilləri üçün hər hansı bir fəaliyyət planlaşdırırsınızsa, oynaqlarınızın sağlamlığına əvvəlcədən diqqət yetirmək daha yaxşıdır. Xizək və ya sürətli konki sürməzdən əvvəl bir kurs kollagen içmək böyük əhəmiyyət kəsb edir. Kollageni kapsul və toz şəklində qəbul etmək olar.

Ümumiyyətlə, Yeni il ərəfəsində rahat istirahətin strategiyası belədir: həzm sistemini və ürək-damar sistemini dəstəkləmək, həddindən artıq olan hər şeydən uzaq durmaq. Bir çox vitamin kompleksləri və qida əlavələri mövcuddur. Lakin bu və ya digər vasitəni qəbul etməyə başlamazdan əvvəl mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.

Milli.Az


Etiketlər:  Orqanizmi Yeni il tətillərinə necə hazırlamalı iHerb mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ