Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaralansa da döyüşə davam edib - VİDEO

Yaralansa da döyüşə davam edib - VİDEO

Tarix: 22 Dekabr 2021 14:18

Vətən müharibəsində böyük fədakarlıq edən hərbçilərimizdən biri də Orxan Cumayev olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Orxan Cumayev həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başlayır.

Anası Rahilə xanım yeganə övladının seçiminə hörmətlə yanaşaraq, ona öz xeyir-duasını verir. İkinci Vətən müharibəsinin elə ilk günündən ön cəbhədə düşmənlə savaşan Orxan Cumayev sentyabr ayının 27-si başından yaralanır. Elə döyüş bölgəsindəcə ilkin tibbi yardım göstərildikdən sonra Orxan öz istəyi ilə xidmətə davam edir. Lakin günün sonunda aldığı yaranın təsirindən eşitmə və görməsində problem yaşayan Orxan Cumayevi təkidlə hərbi xəstəxanaya göndərirlər. Bir müddət müalicə aldıqdan sonra, igid gənc yenidən döyüş bölgəsinə qayıdır.

Ağdərə istiqamətində gedən döyüşlərdə şücaət göstərən Orxan, növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olur.

21 yaşında şəhadətə yüksələn Orxan Cumayev  ölümündən sonra ''Vətən Uğrunda'' , '' İgidliyə görə '' və '' Suqovuşanın azad olunmasına görə '' medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Yaralansa döyüşə davam edib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ