Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub

Ağcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub

Tarix: 30 Avqust 2019 12:40

Bakı. Samir Əli - Trend:

Ağcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 29-da rayonun Şənlik kəndində yaşayan N.Bayramovun evinə gələn kürəkəni R.Quliyev münaqişə zəminində orada olan arvadı V.Quliyevaya bıçaqla xəsarət yetirib.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən R.Quliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ağcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub


RƏYLƏR