Tarix: 30 Avqust 2019 13:16
“Bavariya”nın sabiq qapıçısı Oliver Kann klubun idarə heyətində yer alacaq.
Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, əfsanəvi qapıçı 2022-ci ildən etibarən klubun baş direktoru olacaq. O, bu vəzifədə Karl-Haynz Rummenigeni əvəzləyəcək.
Almaniyalı veteran qapıçı ilə 2020-ci ildə 5 illik müqavilə imzalancağı bildirilir
Qeyd edək ki, Oliver Kann 1994-2008-cü illərdə “Bavariya”da çıxış edib.