Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən gün toylara görə 1 nəfər cərimələnib, 47 nəfər şənliyə buraxılmayıb

Ötən gün toylara görə 1 nəfər cərimələnib, 47 nəfər şənliyə buraxılmayıb

Tarix: 24 Dekabr 2021 09:56

Dekabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 143 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, monitorinq 142 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 47 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Etiketlər:  Ötən gün toylara görə nəfər cərimələnib nəfər şənliyə buraxılmayıb


RƏYLƏR