Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emoməli Rəhmon Prezident İlham Əliyevə telefonla zəng edib

Emoməli Rəhmon Prezident İlham Əliyevə telefonla zəng edib

Tarix: 24 Dekabr 2021 12:42

Dekabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Emoməli Rəhmon Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Tacikistan Prezidentinə təşəkkür edib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Tacikistan ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Milli.Az


Etiketlər:  Emoməli Rəhmon Prezident İlham Əliyevə telefonla zəng edib


RƏYLƏR