Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib

Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib

Tarix: 24 Dekabr 2021 13:57

Dekabrın 24-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident Rumen Radev dövlətimizin başçısına yubileyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ