Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Palmadakı vulkan püskürməsi 3 ay sonra başa çatdı

Palmadakı vulkan püskürməsi 3 ay sonra başa çatdı

Tarix: 25 Dekabr 2021 18:40

Palma adasındakı vulkanın püskürməsi üç ay sonra başa çatıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Kanar adalarının ədliyyə və təhlükəsizlik departamentinin rəhbəri Xulio Peres bildirib.

Mütəxəssislər İspaniyanın Palma adasında (Kanar adalarının muxtar icması) sentyabrın 19-da başlayan vulkan püskürməsinin dayandırıldığını rəsmən elan ediblər.

Hazırkı püskürmə adanın tarixində ən uzun püskürmə olub. Bundan əvvəlki rekord 1585-ci ildə (84 gün) qeydə alınıb.


Etiketlər:  Palmadakı vulkan püskürməsi sonra başa çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ