Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3-cü doza “Pfizer” vaksininin “omikron”-a qarşı cəmi neçə gün qoruduğu açıqlandı

3-cü doza “Pfizer” vaksininin “omikron”-a qarşı cəmi neçə gün qoruduğu açıqlandı

Tarix: 25 Dekabr 2021 19:12

İngiltərənin Səhiyyə Təhlükəsizliyi Agentliyi bildirir ki, Pfizer/BioNTech vaksininin 3-cü dozası koronavirusun hazırda sürətlə yayılmaqda olan "omikron" variantına qarşı orta hesabla cəmi 10 həftə immunitet yaradır. Bu səbəbdən 2022-ci il ərzində bu vaksinin 3-cü dozasını vurduranlara 4-cü doza da lazım gələ bilər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, mütəxəssislər müəyyən ediblər ki, "Pfizer" vaksininin 3-cü dozasından sonra yaranan anticism səviyyəsi bir neçə həftə ərzində 70 faizdən 40 faizə qədər enir. Daha sonra qoruma səviyyəsi 25 faizə qədər geriləyir.

"Omikron" koronavirusun ən çox mutasiyaya uğramış variantıdır və bundan əvvəlki "delta" variantına nisbətən dəfələrlə sürətlə yayılır. Ştam dünyanın 106 ölkəsində qeydə alınıb, alimlər bu variantın əvvəlki ştamlara nisbətən daha yüngül simptomlar göstərdiyini deyirlər, amma bunlar ilkin nəticələrdir və hazırda bir çox Avropa ölkələri "omikron" ştamının sürətlə yayılmasına görə yenidən sərt karantin tədbirləri tətbiq etməkdədir.

Milli.Az


Etiketlər:  3 doza Pfizer vaksininin omikron a qarşı cəmi neçə gün qoruduğu açıqlandı


RƏYLƏR