Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsasən gənclərdə, hündür və arıq şəxslərdə rastlanan ürək xəstəliyi

Əsasən gənclərdə, hündür və arıq şəxslərdə rastlanan  ürək xəstəliyi

Tarix: 25 Dekabr 2021 22:06

Hər kəsdə cüzi də olsa qapaqların sol qulaqcığa doğru əyilməsi var. Bu "yalançı" prolapsdır. Mitral qapağın prolapsı (həqiqi prolaps) - mitral tayların sistola fazasında sol qulaqcıq boşluğuna daha çox qabarması ilə xarakterizə olunan qapaq qüsurudur.

Bu barədə məlumat verən ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, mitral qapaq prolapsı ürəkdəki dörd qapaqdan biri olan mitral qapaqların çökməsi deməkdir. Əsasən gənclərdə, hündür və arıq şəxslərdə rastlanır.

Əlamətləri

tez yorulma;

baş ağrıları;

başgicəllənmə;

təngnəfəslik;

kardial ağrılar;

bayılma;

ürəkdöyünmə;

aritmiya;

tərləmə;

ətrafların soyuq olması.

Prolaps birincili və ikincili ola bilər. Birincili prolaps anadangəlmə sindrom hesab olunur və qapaq və əzələ-xorda strukturunda dəyişikliklə izah olunur. İkincili prolaps hər hansı bir xəstəliyin ağırlaşması kimi meydana çıxır. Əsas iltihabi səbəblərdən biri revmatizmdir.

Həkimin sözlərinə görə, proqnoz qənaətbəxşdir. Erkən diaqnoz proqnoza təsir edir:

"Müalicə əsasən konservativ yolla (anti-aritmik, sedativ vasitələr, antikoaqulyantlar) aparılır. Hemodinamik əhəmiyyətli mitral requrgitasiya, ürək çatışmazlığının proqressivləşməsi zamanı mitral qapağın protezlənməsinə ehtiyac yaranır".


Etiketlər:  Əsasən gənclərdə hündür arıq şəxslərdə rastlanan ürək xəstəliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ