Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aralıq dənizində 273 miqrant xilas edilib

Aralıq dənizində 273 miqrant xilas edilib

Tarix: 25 Dekabr 2021 23:44

Almaniyanın "Sea-Watch" qeyri-hökumət təşkilatı Aralıq dənizində növbəti xilasetmə əməliyyatını həyata keçirib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, QHT-yə məxsus xilasetmə gəmisi İtaliyanın Lampeduza adası yaxınlığında batmaqda olan qayıqlara kömək göstərib. Heç bir standarta uyğun gəlməyən 3 qayıqdan 180 nəfər xilas edilərək sahilə çıxarılıb. Eyni gündə sahildən 38 mil aralıda batmaqda olan qayığa yardım edilib. Qayıqdakı 93 sərnişin gəminin göyərtəsinə qaldırılıb.

Sutka ərzində xilas edilənlərin ümumi sayı 273 nəfər olub.


Etiketlər:  Aralıq dənizində miqrant xilas edilib


RƏYLƏR