Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qışda yanacaq sərfiyyatı niyə artır? - VİDEO

Qışda yanacaq sərfiyyatı niyə artır? - VİDEO

Tarix: 26 Dekabr 2021 12:38

Qış aylarında avtomobillərin benzin sərfiyyatı artır. Bəzi avtomobillərdə bu fərq 4-5 litrə qədər yüksəlir. Avtomobil ustaları  da sərfiyyatla bağlı müraciətlərin   çoxaldığını təsdiqləyir və deyirlər ki, bəzi qaydalara əməl edilərsə  benzinə 20 faizə qədər qənaət etmək mümkün olar.

Havaların soyuması ilə avtomobillərdə benzin sərfiyyatı artır. Sürücülər son günlər sərfiyyatın 20-30 faizə qədər çoxaldığını deyirlər.

Elə ustalar da son aylarda benzin sərfiyyatı ilə bağlı müraciətlərin xeyli artdığını bildirir. Bəzi maşınlarda sərfiyyat fərqi hətta 4-5 litrə qədər yüksəlib.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bəzi sürücülər yaya nisbətən qışda mühərrikin isinməsi üçün avtomobili daha çox yerində işlədirlər.

Avtomobil ustası Pərviz İsmayılov bildirir ki, mühərrikin isidilməsi benzini artıran əsas faktorlardandır. Bununla yanaşı əksər sürücülər  sərfiyyatın hesablanmasını yanlış aparır.

Ustanın sözlərinə görə, hesablama yalnız birdəfəlik sürüşlə müəyyən edilməlidir. Əgər bundan sonra fərq yaranarsa,  bu halda ustaya müraciət etmək lazımdır.


Etiketlər:  Qışda yanacaq sərfiyyatı niyə artır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ