Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın oyunlarının təqvimi açıqlandı - Avropa Liqası

''Qarabağ''ın oyunlarının təqvimi açıqlandı - Avropa Liqası

Tarix: 30 Avqust 2019 19:24

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbəreə görə, Ağdam klubu ilk matçını sentyabrın 19-u doğma meydanda "Sevilya"ya qarşı keçirəcək. İkinci turda “Düdelanj”ın qonağı olacaq "Qarabağ" 3 və 4-cü turlarda  bu mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəldiyi Kipr APOEL-i ilə qarşılaşacaq.

5-ci turda "Sevilya"nın qonağı olacaq Qurban Qurbanovun komandası son turda "Düdelanj"ı qəbul edəcək.


I tur

19 sentyabr

"Qarabağ" - "Sevilya"

II tur

3 oktyabr

“Düdelanj” - "Qarabağ"

III tur

24 oktyabr

"Qarabağ" - APOEL

IV tur

7 noyabr

APOEL - "Qarabağ"

V tur

28 noyabr

"Sevilya" - "Qarabağ"

VI tur

12 dekabr

"Qarabağ" - “Düdelanj”

 


Etiketlər:  Qarabağın oyunlarının təqvimi açıqlandı Avropa Liqası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ