Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranlı professor: “Biz dünyanın ən qəmgin və ən depressiv xalqıyıq”

İranlı professor: “Biz dünyanın ən qəmgin və ən depressiv xalqıyıq”

Tarix: 26 Dekabr 2021 15:24

Tehran Xarəzmi Universitetinin Ədəbiyyat və Humanitar Elmlər Fakültəsinin müəllimi Hüseyn Məhəmmədi deyib ki, biz dünya xalqları arasında ən qəmgin və ən depressiyaya məruz qalmış insanlarıq.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o, habelə bildirib: "2015-ci ildə həyata keçirilmiş şadlanma və sevinmə faktorlarının araşdırıldığı təhqiqata görə, İran 115 ölkə arasında 105-ci yeri tutub".

Professor daha sonra söyləyib: "Sözügedən araşdırmadan təxminən 7 il keçir. Şübhəsiz son illərdəki iqtisadi və psixoloji təzyiqlərin artmasına diqqət yetrisək, İranın son sıralarda yerləşdiyini görərik. Biz hazırda dünyanın ən qəmgin və depressiv insanlarıyıq".

Məsələ ilə bağlı İSNA-ya açıqlama verən Məhəmmədi sonda vurğulayıb: "Cəmiyyətimiz sevincini itirib. Son illərdə xalqın dözümlülük həddi olduqca aşağı düşüb. İnsanlar ən kiçik təhriklə belə bir-birilərinə qarşı aqressivləşir və səbrlərini itirirlər".


Etiketlər:  İranlı professor dünyanın qəmgin depressiv xalqıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ