Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaponiyada güclü qar həyatı iflic edib

Yaponiyada güclü qar həyatı  iflic edib

Tarix: 28 Dekabr 2021 08:20

Yaponiyanın mərkəzi və Qərb prefekturalarına normadan artıq qar yağması nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Kyotonun yaxınlığındakı Şiqa şəhərinə sutka ərzində 68 sm qar yağıb. Bu da illik normadan 200 dəfə çoxdur. Hava şəraitinə görə, 200 sərnişin daşıyan regional qatar yolda qalıb. Qarlı havada yük avtomobilinin aşması nəticəsində Kyotoya gələn magistral yol bir neçə saatlıq bağlanıb. Ölkədə sutka ərzində 200-dək aviareys ləğv edilib.

Milli.Az


Etiketlər:  Yaponiyada güclü qar həyatı iflic edib


RƏYLƏR