Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gündən sürücülük vəsiqəsi ilə bağlı yeni rüsumlar tətbiq olunacaq

Bu gündən sürücülük vəsiqəsi ilə bağlı yeni rüsumlar tətbiq olunacaq

Tarix: 1 Yanvar 2022 00:30

Bu gündən Azərbaycanda sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə yeni rüsumlar tətbiq olunacaq.

Sonxeber.net bildirir ki, bu, "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərdə əksini tapıb.

Belə ki, yanvarın 1-dən avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılıb.

- Avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşib.

- Digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün rüsum artırılaraq 10 manat məbləğində müəyyənləşib. Əvvəl bu rəqəm 5 manat idi.


Etiketlər:  gündən sürücülük vəsiqəsi ilə bağlı yeni rüsumlar tətbiq olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ