Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağızdakı bu dad xərçəngin əlaməti ola bilər - Myasnikovdan XƏBƏRDARLIQ

Ağızdakı bu dad xərçəngin əlaməti ola bilər - Myasnikovdan XƏBƏRDARLIQ

Tarix: 1 Yanvar 2022 23:27

"Dad qönçələrində dəyişiklik beyin şişinin əlaməti ola bilər".

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu həkim və teleaparıcı Aleksandr Myasnikov "Rossiya 1" telekanalının efirində deyib.

Onun sözlərinə görə, ağızda qeyri-adi acı, turş və ya metal dadı hiss ediləndə diqqətli olmaq lazımdır:

"Bir çox insan bunu unudur. Lakin bəzən bunun arxasında nadir hallarda beyin şişi ola bilər".

Həkim qeyd edib ki, bunun səbəbi, ehtimal ki, sinirin sıxılmasıdır:

"Üç sinir dad qönçələrindən məlumatı çıxarır və əgər nəsə dəyişərsə, ola bilər ki, bir sinir hardasa sıxılıb. Bu da ola bilər".

Myasnikov əlavə edib ki, ağızda qeyri-adi dadın yaranması həm də dərmanların, məsələn, bəzi antibiotiklərin və təzyiq dərmanlarının qəbulu nəticəsində yarana bilər.


Etiketlər:  Ağızdakı xərçəngin əlaməti bilər Myasnikovdan XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ