Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik vahid əlaqələndirmə mərkəzləri ilə bağlı məlumat yaydı

Nazirlik vahid əlaqələndirmə mərkəzləri ilə bağlı məlumat yaydı

Tarix: 2 Yanvar 2022 12:18

Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə 6300-dək şəhid ailəsi üzvü və müharibə iştirakçısına xidmət göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ötən il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində, noyabrın əvvəlindən Abşerondakı DOST mərkəzində, dekabrın 24-dən isə 19 rayon və şəhəri də əhatə etməklə Gəncə şəhərində, Masallı və Ucar rayonlarında da regional vahid əlaqələndirmə mərkəzləri fəaliyyət göstərir.

Bu mərkəzlərdə şəhid ailələrinə, müharibədə yaralanmış hərbçilərə xidmətlər "bir pəncərə"dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir.

Mərkəzlərdə mərkəzi icra hakimiyyəti orqanları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Dövlət Sığorta Kommersiya Şirkəti) və aidiyyəti şəhər və rayonların icra hakimiyyətləri tərəfindən 26 istiqamətdə xidmətlər təqdim edilir.


Etiketlər:  Nazirlik vahid əlaqələndirmə mərkəzləri ilə bağlı məlumat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ