Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

II Yelizaveta zorlamada ittiham edilən oğlunu tituldan məhrum edə bilər

II Yelizaveta zorlamada ittiham edilən oğlunu tituldan məhrum edə bilər

Tarix: 3 Yanvar 2022 10:50

Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu York hersoqu Endryu Əlahəzrət titulundan istifadə etmək hüququndan məhrum edilə bilər.

Mili.Az oxu.az-a istinadən xəbər verir ki, əgər şahzadə Endryu ABŞ məhkəməsində 17 yaşlı qızın zorlanması üzrə məhkəmə işini uduzsa, kraliça belə bir qərar qəbul edə bilər.

Qeyd edək ki, Virciniya Jufren (nikahdan əvvəl Roberts) adlı xanım hələ 2001-ci ildə, 17 yaşı olarkən Şahzadə Endryu tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib. York hersoqu isə deyilənləri təkzib edib.

Qadının iddiası ilə bağlı növbəti məhkəmə iclası yanvarın 4-də Nyu-Yorkun Cənub Dairə Məhkəməsində keçiriləcək.


Etiketlər:  Yelizaveta zorlamada ittiham edilən oğlunu tituldan məhrum edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ