Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Adel Silvestr Stallonenin malikanəsini endirimlə aldı - FOTO

Adel Silvestr Stallonenin malikanəsini endirimlə aldı - FOTO

Tarix: 3 Yanvar 2022 16:16

Böyük britaniyalı müğənni Adel amerikalı aktyor Silvestr Stallonedən Beverli Hillsdəki malikanəsini endirimlə alıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Rembo" filmlərinin ulduzu evini ilkin dediyi dəyərə sata bilmədiyi üçün onun qiymətini demək olar ki, iki dəfə aşağı salmışdı.

Məlumata görə, aktyor ilk əvvəl daşınmaz əmlakına görə 81 milyon funt sterlinq istəyib, ancaq alıcı tapılmayıb. Ötən ilin mayında o, evin qiymətini 63 milyon funt sterlinqə endirdi, lakin bu da heç bir nəticə vermədi. Sonda o, malikanəni 42 milyon funt sterlinqə satdığını elan etdi.

Yeni qiymət məşhur ifaçını qane etdiyindən, o, malikanəni almaq qərarına gəlib.

Beləliklə, Adel London və Los-Ancelesdəki evlərinin də yer aldığı daşınmaz əmlak portfelini genişləndirib.

Qeyd edək ki, 33 yaşlı ifaçının əri Riç Paul ilə birlikdə sərvəti hazırda 140 milyon funt sterlinq qiymətləndirilir.


Etiketlər:  Adel Silvestr Stallonenin malikanəsini endirimlə aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ