Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 13:20
"Moskva Qazaxıstandakı vəziyyəti diqqətlə izləyir".
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, Qazaxıstanda etiraz aksiyaları zamanı xəsarət alanlar arasında Rusiya vətəndaşlarının olması barədə məlumat daxil olmayıb.
Xatırladaq ki, yanvarın 2-dən etibarən Qazaxıstanda qazla bağlı etiraz aksiyaları keçirilir. Ölkədə kütləvi etirazlar maye qazın qiymətinin bahalaşmasından sonra başlayıb. Bununla yanaşı, yanvarın 4-ü axşam saatlarında Almatıda aksiya iştirakçıları və polis arasında toqquşma baş verib. Qazaxıstan hökuməti istefa verib.