Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaxınlarını koronavirusdan itirən Kübra Əliyeva: "Yaslarına getmirəm, qorxuram"

Yaxınlarını koronavirusdan itirən Kübra Əliyeva:

Tarix: 6 Yanvar 2022 16:35

Dünən 72 yaşı tamam olan Əməkdar artist Kübra Əliyeva "Elgizlə izlə" proqramında iştirak etməyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, proqrama telefon zəngi ilə qoşulan aktrisa yaxınlarının koronavirusdan vəfat etdiyini bildirib:

"Koronavirusdan 57 illik sinif yoldaşım, Sevil müəllim rəhmətə getdi. Onun acısını yaşamadan, iki dayım qızı da COVİD-19-dan vəfat etdi. Hər ikisinin də yasına gedə bilmirəm, qorxuram. Xəstə qadınam. Oğlum Ayaz da icazə vermir. Özümüzü qorumalıyıq".

Milli.Az


Etiketlər:  Yaxınlarını koronavirusdan itirən Kübra Əliyeva Yaslarına getmirəm qorxuram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ