Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çin kinoteatrları kassa yığımına görə dünyada liderdir

Çin kinoteatrları kassa yığımına görə dünyada liderdir

Tarix: 7 Yanvar 2022 21:00

Çində kinoteatrların kassa yığımı ötən il 47 milyard yuan (7,37milyard ABŞ dolları) təşkil edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, COVID-19 pandemiyasının mənfi təsirlərindən sonra özünə gələn Çinin kino sənayesi kassa yığımının məbləğinə görə dünyada ilk sıradadır. Ötən il Çin kinoteatrlarında 82 mindən çox ekran əsəri nümayiş olunub. Kassa yığımının 84 faizi yerli istehsal filmlərdən əldə olunub.

Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. 2020-ci ildə də Çin kinoteatrların ümumi kassa yığımı üzrə dünyada birinci olmuşdu.

Milli.Az


Etiketlər:  Çin kinoteatrları kassa yığımına görə dünyada liderdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ