Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2022 07:42
Bağayarpağı faydalı müalicəvi bitkidir. Bu bitkinin müalicəvi xüsusiyyətləri tək xalq təbabətində deyil, ənənəvi təbabətdə də təsdiq olunub, bağayarpağı əsasında dərman preparatları hazırlanır.
Saglamolun.az bildirir ki, xalq təbabətində bağayarpağının bal və ya şəkər tozu ilə qarışımı çox geniş istifadə olunur. Bu qarışım orqanizmə ümumimöhkəmləndirici təsir edir, immuniteti möhkəmləndirir, qastrit və xora xəstəliyi zamanı yardım edir, nəfəs yollarını təmizləyir, xərçəngdən qoruyur, xərçəngi müalicə edir.
Qarışımı hazırlamaq üçün ekoloji təmiz şəraitdə bitən (şəhər yollarının qırağında yox!) bağayarpağı yığılır, yaxşı yuyulur, bankaya lay-lay yığılır - 1 lay bağayarpağı, 1 lay şəkər tozu. Bankanı 2 həftə ərzində sərin qaranlıq yerdə saxlayın, alınmış şirəni süzün və soyuducuda saxlayın.
Şirə bronxit, nəfəs yolu infeksiyaları, qastrit, xora xəstəliyi, immunitetin zəifləməsi, xərçəngin profilaktikası və müalicəsi məqsədi ilə gündə 2 dəfə 1 x.q. olmaqla qəbul olunur.