Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Keşlə'' argentinalı futbolçunu transfer etdi

''Keşlə'' argentinalı futbolçunu transfer etdi

Tarix: 11 Yanvar 2022 15:48

"Keşlə" qış fasiləsində ikinci transferini rəsmiləşdirməyə hazırlaşır.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, paytaxt klubu müdafiəçi Franko Floresi yenidən heyətinə cəlb edib.

29 yaşlı argentinalı bu gün Bakıya gələrək, mövsümün sonuna qədər sözləşmə imzalayacaq. Bununla mərkəz müdafiəçisi 2020-ci ilin sonlarında ayrıldığı "Keşlə"nin təlim-məşq toplanışına qatılacaq.

Komanda qış hazırlığını paytaxtda keçirəcək. Komanda yanvarın 18-də və 24-də toplanışını Bakıda keçəcək digər komanda "Səbail"lə yoxlama görüşündə qüvvəsini sınayacaq.

Qeyd edək ki, dövrələrarası fasilədə Azər Salahlı, Anatole Abanq, Con Kamara, Omar Qudiabi və Nicat Qurbanovla yollarını ayıran "Keşlə" hələlik yalnız Fəhmin Muradbəylini "Neftçi"dən icarəyə götürüb.


Etiketlər:  Keşlə argentinalı futbolçunu transfer etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ