Tarix: 2 Sentyabr 2019 13:08
Almaniya 2-ci Bundesliqasının son turunda ötən gün "Holştayn"la görüşdə penaltini qaçıran "Aue Erzgebirge"nin futbolçusu Dmitri Nazarov bununla bağlı fikirlərini bildirib.
Qol.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi "tag24"ə açıqlamasında 11 metlik cərimə zərbəsindən yararlana blmədiyi üçün üzüldüyünü deyib:
"Bu uğursuzluq məni də məyus etdi. Peşəkar karyeramda ilk dəfədir ki, penaltini qola çevirə bilmirəm".
Qeyd edək ki, Nazarov buna qədər Aue təmsilçisində 9 penalti yerinə yetirib və hamısı qol olub.
Nazarov Avro-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya ilə keçiriləcək görüşlər üçü Azərbaycan millisinə dəvət almasına sevindiyini də əlavə edib: "Milliyə dəvət aldığım üçün şadam. Vəziyyəti dəyişib, klubuma daha güclü halda qayıdacağam".