Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəmi 4 şagirdi olan məktəb - Müəllimlər təhsil verməkdən imtina edir

Cəmi 4 şagirdi olan məktəb - Müəllimlər təhsil verməkdən imtina edir

Tarix: 12 Yanvar 2022 19:08

İsmayıllı rayonunun Qoydan kəndində yerləşən məktəb şəraitsiz vəziyyətdədir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, 1 otaqdan ibarət olan məktəbin cəmi 4 şagirdi var. Şagirdlərə dərs keçən müəllim rayondan kəndə gedib-gəlir. Digər müəllimlər isə yolların bərbad vəziyyətdə olmasına görə təhsil ocağına gəlməkdən imtina edib. Payız və qış aylarında isə şagirdlərin vəziyyəti daha da qəlizləşir. Palçıqlı, qarlı yollar onların məktəbə getməsinə əngəl olur. İbtidai sinifi bitirənləri isə təbii ki, daha çətin günlər gözləyir.

Onlar təhsil almaq üçün başqa yerlərə üz tutmalı olacaqlar. Ən yaxın qonşu kəndə məsafə 5-6 kilometrdir. Hər gün eyni məsafəni qət etmək isə demək olar ki, qeyri-mümkündür.

Qeyd edək ki, Qoydan Lahıc turizm zonasında yerləşir. Əhalisi 68 nəfərdir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.

Milli.Az


Etiketlər:  Cəmi şagirdi olan məktəb Müəllimlər təhsil verməkdən imtina edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ