Tarix: 2 Sentyabr 2019 17:48
Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığması daha bir itki ilə üzləşib.
Qol.az Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Matteo Kovaçiç heyətdən kənarlaşdırılıb. "Çelsi"nin yarımmüdafiəçisi zədəli olduğu üçün Slovakiya və millimizlə oyunları buraxacaq. Kovaçiçin əvəzinə "Hayduk"un yarımmüdafiəçisi Miyo Caktaşa dəvət göndərilib.
Xorvatiya sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaq.
Xatırladaq ki, "Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç də heyətdən kənarlaşdırılıb.