Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

De Byazi ilə Maksim kimə səs verib?

De Byazi ilə Maksim kimə səs verib?

Tarix: 18 Yanvar 2022 08:32

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin FIFA-nın "The Best" mükafatı üçün keçirdiyi sorğuda kimə səs verdiyi məlum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis ilin ən yaxşı futbolçusu nominasiya üzrə Almaniyanın "Bavariya" klubundan Robert Levandovskiyə səs verib. 66 yaşlı baş məşqçi İngiltərənin "Çelsi" klubunda çıxış edən italiyalı yarımmüdafiəçi Jorjinyonu ikinci, "Liverpul"dan misirli forvard Məhəmməd Salahı isə üçüncü yerə layiq görüb.

Yığmanın və "Qarabağ"ın kapitanı Maksim Medvedev isə Fransanın PSJ klubundan Kilian Mbappeni ən yaxşı hesab edib. O, Levandovskini ikinci, İngiltərənin "Çelsi" klubundan fransalı yarımmüdafiəçi Nqolo Kanteni isə üçüncü sırada göstərib.

Qeyd edək ki, Robert Levandovski FIFA-nın versiyasına əsasən ardıcıl ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilib.

Milli.Az


Etiketlər:  De Byazi ilə Maksim kimə səs verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ