Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2022 12:24
Yerlə toqquşma riski yüksək olan asteroid aşkarlanıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə NASA-nın reaktiv hərəkət laboratoriyasının Yerə yaxın obyektlərin tədqiqi mərkəzi məlumat yayıb.
Məlumata görə, 2022 AE1 asteroidi yanvarın 6-da ABŞ-ın Arizona ştatındakı Maunt-Lemmon Astronomik Rəsədxanasında aparılan araşdırma zamanı aşkar edilib. Alimlərin fikrincə, asteroid Yerə yaxın olan bütün məlum səma cisimləri arasında planetimizlə toqquşma riski ən yüksək olan obyektdir.
2022 AE1 asteroidinin ölçüsü təxminən 70 metrdir. Onun hərəkət sürəti saniyədə 19,83 kilometrdir.
Hazırda asteroid Turin şkalası üzrə bir bal alıb. Asteroidin Yerlə potensial toqquşması 4 iyul 2023-cü ildə mümkün ola bilər. Lakin alimlər bununla belə bir sıra istisnaların da olduğunu vurğulayırlar.