Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zabrat qəsəbəsində yol və kanalizasiya problemi var - VİDEO

Zabrat qəsəbəsində yol və kanalizasiya problemi var - VİDEO

Tarix: 19 Yanvar 2022 15:12

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Murad Mirzəyev küçəsinin sakinləri yol və kanalizasiya sarıdan çox əziyyət çəkirlər.

Sakinlərin sözlərinə görə, kanalizasiya sistemi olmadığından çirkab sular küçəyə axıdılır.

İddia edirlər ki, bu vəziyyət 20 ilə yaxındır, davam edir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, asfalt örtüyü olmadığından yağış yağandan sonra ərazidə hərəkət etmək çox çətin olur. Mövcud vəziyyət uşaqdan böyüyə hər kəsi narahat edir.

Sakinlərin şikayətlərini dinləyən Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev bildirib ki, Agentliyin əməkdaşları sözügedən əraziyə göndəriləcək. Küçəyə baxış keçiriləcək, təmirə ehtiyacı olan ərazi ilə bağlı məlumatlar toplanacaq.

''Cari ildə Zabrat qəsəbəsi üzrə yerli icra hakimiyyətinin müraciəti ilə təqdim etdiyi siyahı əsasında investisiya proqramına daxil edilmiş küçə və yolların təmiri həyata keçiriləcək. Məlumatların aidiyyəti üzrə təqdim olunması ilə problemin qısa müddətdə həll olunmasına çalışılacaq'',-deyə o əlavə edib.

''Azərsu'' ASC-nin mətbuat katibi Anar Cəbrayıl da kanalizasiya sistemi ilə bağlı mövcud vəziyyəti şərh edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Zabrat qəsəbəsində yol kanalizasiya problemi var VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ