Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2022 15:54
Gürcüstan parlamentinin sabiq sədri Kaxa Kuçava deputat mandatının ləğv edilməsi üçün parlamentə müraciət edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, sabiq spikerin müraciəti artıq Prosessual Məsələlər Komitəsinə göndərilib və məsələnin müzakirəsi yaz sessiyasının açılışından öncəyə planlaşdırılıb. K. Kuçavanın deputat mandatının parlamentin yaz sessiyasının ilk plenar iclasında ləğv ediləcəyi bildirilib.
Qeyd edək ki, sabiq spiker K. Kuçava vacib dövlət layihələrindən birinə rəhbərlik edəcəyini əsas gətirərək ötən ilin dekabrında vəzifəsindən istefa verib.