Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2022 19:16
"Şahane bir şey yaşamaq" mahnısında Adəm və Həvvanı "cahil" adlandırması səbəbindən tənqid atəşinə tutulan müğənni Sezen Aksuya daha bir sərt reaksiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Cümə namazından sonra çıxış edən Ərdoğan "Həzrəti Adəmə uzanan dilləri qoparmaq bizim borcumuzdur" deyib:
"Təhqirlərin mini bir qəpik. O uzanan dilləri yeri gələndə qoparmaq bizim borcumuzdur. Həzrəti Adəm əfəndimizə kiminsə dili uzana bilməz. Həvva validəmizə kiminsə dili uzana bilməz. Onlara həddini bildirmək bizim borcumuzdur".