Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2022 12:56
Dünya iqtisadiyyatı pandemiyanın təsiri ilə geriləmələr və artan inflyasiya təzyiqləri ilə üz-üzədir. Azərbaycan ötən ili yüksək iqtisadi nəticələrlə başa vursa da, qlobal tendensiyaların təsiri qaçılmaz olur. Lakin bu təsiri azaltmaq, konkret olaraq inflyasiyanın qarşısını almaq üçün anti-infilyasiya tədbirlərinə start verilir. Yanvarın 18-də Nazirlər Kabineti tərəfindən müvafiq qurumlara bu istiqamətdə tədbirlər planının hazırlanması tapşırılmışdı. Artıq məsələ ilə bağlı yaradılan işçi qrupun ilk iclası keçirilib. İki həftə ərzində antiinflaysiya tədbirlər planının ilkin layihəsinin hökumətə təqdim ediləcəyi gözlənilir.
2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qlobal istiləşmə və quraqlıq, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. Buna görə də dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib;
Ərzaq məhsullarının qiymətinin yüksəlməsi ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının genişləndirilməsini, yəni strateji məhsulların idxalının daxili istehsalla əvəzlənməsini zəruri edir. Qlobal səviyyədə müşahidə edilən və yaxın gələcəklə bağlı proqnozlarda daha da yüksəlməsi gözlənilən infilyasiya risklərinin ölkəmizə təsirinin azalması üçün hökümət anti-infilyasiya tədbirlərinə başlayır. Ekspertlər deyir ki, yerli istehsalçılara ayrılan subsidiyalar və edilən vergi güzəştləri daxili istehsalın idxalla rəqabət imkanını artıracaq, eləcə də bazarda qiymətləri xarici iqtisadi təzyiqlərdən qorumuş olacaq.
Taxıl-buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi hazırda qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bu həm ölkənin taxıl məhsulları ilə etibarlı təminatı, həm də Dövlət Taxıl Fondunun səmərəli fəaliyyətindən asılı olacaq. Bu istiqamətdə görüləcək işlərin indidən müəyyən edilməsi və müvafiq təkliflərin hazırlanması barədə Dövlət Ehtiyatları Agentliyinə tapşırıqlar verilib.
Ekspertlər deyir ki, ölkəmiz buğdaya olan təlabatının təqribən 60 faizini yerli istehsal hesabına ödəyir ki, görülən tədbirlərlə yaxın gələcəkdə bunu daha 5-10 faiz artırmaq mümkündür. Yüksək keyfiyyətli taxıl istehsalını stimullaşdırmaq üçün nəticə yönümlü subsidiyaların verilməsi bu istiqamətdə atılan addımlardan biridir. Artıq bununla Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə konkret tapşırıq verilib.
Sonxeber.net Xəzər tv-nin hazırladığı sujeti təqdim edir: