Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 03:20
Bakı. Trend:
Əgər Türkiyə NATO-nun standartlarına uyğun olmayan silah sistemini alırsa, bunun nəticələrini də nəzərə almalıdır.
Trend-in "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın Türkiyədəki səfiri Martin Erdman bildirib.
Səfire deyib ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekləri alması Almaniyada ciddi narahatlıq doğurur.
M.Erdman eitraf edib ki, hər bir dövlət dünya bazarında sərbəst şəkildə silah ala bilər, lakin Türkiyə NATO-nun standartlarına uyğun olmayan sistemlərin alınması barədə qərarın nəticələrini də nəzərə almalıdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin