Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2022 13:33
İsveçin Karolinska İnstitutunun alimləri COVİD-19-un yayılmasına mane olan yeni bir genin kəşf edildiyini açıqlayıblar.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, aparılan araşdırmada COVİD-19-a qarşı anadangəlmə immunitet olan insanlarda yeni gen aşkar edilib.
Mütəxəssislər bu genin əcdadları Afrikadan gələn hər 10 fərddən 8-də tapıldığını bildiriblər. Bu geni daşıyan insanların koronavirusu digərlərinə nisbətən 20 faiz daha yüngül keçirdiyi qeyd edilib.