Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2022 13:40
Aparıcı Xoşqədəm Hidayətqızı və xanımı intihar edən Elvin adlı şəxs arasında efirdə gərginlik yaşanıb.
Sonxeber.net OLAY-a istinadən yazır ki, sözügedən şəxs proqrama telefonla bağlanıb. Bu zaman aparıcı ona xanımını Şəbnəmin intiharı ilə bağlı suallar ünvanlayıb. Suallardan sonra gərginləşən Elvin Əməkdar jurnalistə sadəcə adı ilə , "sən" deyərək xitab edib. X. Hidayətqızı isə onun müraciət formasına qəzəblənərək danışıq tərzinə fikir verməsini istəyib:
"Xoşqədəm yox, Xoşqədəm xanım. Mən yaşda da, bütün mənalarda da səndən böyüyəm. Danışıq tərzini, müraciət formasını biləcəksiniz. Mən sənin qarışında balası üçün susan, bu yazıq ata-ana deyiləm".