Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanunsuz ödənişli parklanma yeri təşkil edənlər cərimələnəcəklər

Qanunsuz ödənişli parklanma yeri təşkil edənlər cərimələnəcəklər

Tarix: 24 Yanvar 2022 12:42

Dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə yeni cərimə müəyyənləşir.

Sonxeber.net xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 25 yanvar tarixində keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək.


Etiketlər:  Qanunsuz ödənişli parklanma yeri təşkil edənlər cərimələnəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ