Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 18:14
Türkiyəli müğənni Yıldız Tilbe "Posta"ya verdiyi açıqlamasında vəsiyyətindən danışıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bəstələdiyi mahnıların bir çoxunu ifa etmədiyini bildirib:
"Onları yazarkən qırmızı göz yaşı tökürdüm. O qədər kədərli idim ki, ağlayırdım. İndi o mahnıları necə oxuyum? Ona görə də həmin kağızların çoxunu cırmışam. İstəmirəm kimsə mənə görə kədərlənsin".
Sənətçi məşhurluğun əslində bir cəza olduğuna inandığını söyləyib:
"Bəlkə də kənardan göründüyü xüsusi insan deyiləm. Kim haradan bilə bilər ki? Bəlkə də insanların bizdə gördüyü özəllik cəzamızdır. Bir yerdə yemək yeyə, dənizə gedə, başqaları kimi yolda ağlaya, rahat alış-veriş edə bilərik? Bəlkə də bu cəzadır".
Yıldız Tilbe ölümündən sonra həyatının ekranlaşdırılmasını istəmədiyini bildirib:
"Həyatımın kino və ya sənədli film olmasını istəmirəm. Çünki həyatımı ifadə edə bilməyəcəklər".