Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 19:15
Bloger Günel Rəhimova ötən gün 27 yaşını qeyd edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, "Gunnerahim" adıyla məşhurlaşan sosial media fenomeni bildirib ki, ilk dəfədir ad günü keçirir:
"27 yaşımda ilk dəfə ad günümü qeyd elədim, çünki həyatımın ən gözəl dönəmindəyəm. Bu şəkillər sadəcə bir xatirədir və baxdıqca anlayıram ki, illərim boşa getməyib! Yaxşı ki, ətrafımda siz varsız "brad"larım. Əlimə mikrofon versələr səhnəyə hazır idim, bəxtiniz gətirdi".
Günelin doğum günündə dostları aktyorlar Əlixan Rəcəbov, Fuad İskəndərov, İbrahim Heydərov və başqaları da iştirak edib.
Qeyd edək ki, Günel ötən günlərdə sevgilisi Nicat Abışovdan "Mor ve ötesi" konsertində aldığı evlənmə təklifi ilə gündəmə gəlmişdi.