Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məktəbdən qeyri-etik video yayıldı: Hələ, əlimizdə olanları paylaşsaq... - VİDEO

Məktəbdən qeyri-etik video yayıldı: Hələ, əlimizdə olanları paylaşsaq... - VİDEO

Tarix: 25 Yanvar 2022 11:48

Məktəblərin birində qeyri-etik hərəkətlər edən şagirdlərin videosu yayılıb. 

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, videonu təhsil eksperti Kamran Əsədov paylaşıb. 

"Hə, necəsiniz cənablar? İstədiyinizə nail oldunuzmu? Hələ bu, görünən "hissə"lərdir. Hələ, əlimizdə olanları paylaşsaq, onda heç kim məktəbə bir addım da atmayacaq. Sizcə, ciddi tədbir görülməsinin vaxtı keçməyib?

Bu gün hüquqsuz qalan müəllim, ancaq günahkar olan müəllim... Sabah çox gec olacaq", - təhsil eksperti videonu bu sözlərlə şərh edib. 

Təhsil Nazirliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi təsdiqini tapmayıb. Ancaq Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır.

Həmin videonu təqdim edirik.

Milli.Az


Etiketlər:  Məktəbdən qeyri etik video yayıldı Hələ əlimizdə olanları paylaşsaq VİDEO


RƏYLƏR