Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq - İnfeksionist

Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq - İnfeksionist

Tarix: 26 Yanvar 2022 16:32

Hazırda "buster" dozanın qəbul edilməsi lazımdır. Bundan başqa, maska taxılmalı, otağın havası tez-tez dəyişdirilməli və gigiyena qaydalarına əməl edilməlidir.

Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

"Əvvəlki dozaların üzərindən 5-6 ay keçibsə, demək ki, təsir gücü azalıb. Daha ağır xəstəlik keçirmək istəmiriksə, "buster" doza olunmalıyıq. Simptomlar meydana çıxanda insan özünü mütləq təcrid etməlidir. Hazırda koronavirusa yoluxanlarda iy və dadbilmənin itməsi hallarına rast gəlinmir", - deyə o qeyd edib.

Milli.Az


Etiketlər:  Daha ağır xəstəlik keçirmək istəmiriksə buster doza olunmalıyıq İnfeksionist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ