Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AZAL-ın Bakı-İstanbul reyslərinin sərnişinləri yola salınıb

AZAL-ın Bakı-İstanbul reyslərinin sərnişinləri yola salınıb

Tarix: 26 Yanvar 2022 17:16

"Azərbaycan Hava Yolları" QSC-nin Bakı-İstanbul marşrutu üzrə təxirə salınmış hər 3 reysinin sərnişinləri təyinat hava limanına ən böyük geniş füzelyajlı təyyarə olan "Airbus A340" ilə yola salınıb.

Bu barədə Milli.Az-a AZAL-dan bildirilib.

Məlumata görə, İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri də eyni təyyarə ilə Bakıya qayıdacaqlar.

Xatırladaq ki, güclü qar yağması səbəbindən İstanbul hava limanı fəaliyyətini dayandırılıb, AZAL-ın bir neçə reysi gecikib və təxirə salınıb.

Milli.Az


Etiketlər:  AZAL Bakı İstanbul reyslərinin sərnişinləri yola salınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ