Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2022 17:20
Özbəkistan hakimiyyəti yanvarın 25-dən ölkəyə daxil olarkən koronavirusa görə məcburi ekspress-testlərin keçirilməsi qaydasını ləğv edib.
Qeyd edək ki, bu qayda 10 gün əvvəl, yanvarın 15-dən tətbiq edilirdi.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, bu qərar Özbəkistanda Koronavirusun Yayılması ilə Mübarizə üzrə Xüsusi Komissiya tərəfindən məcburi ekspress-testin tətbiqi sərnişinlər arasında böyük növbələrə və narazılıqlara səbəb olmuşdu. Üstəlik yoxlanışdan keçənlərin yalnız 1%-də test müsbət nəticə verirdi.
İndi Özbəkistana gələnlərin hamısı, əvvəlki kimi, yalnız girişdən 48 saat əvvəl edilən PCR testini təqdim etməlidirlər.