Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xoşqədəm bir status paylaşmağı mənə qıymadı, qorxdu''

''Xoşqədəm bir status paylaşmağı mənə qıymadı, qorxdu''

Tarix: 26 Yanvar 2022 17:25

Prodüser Tarix Əliyev ( Tolik) Əməkdar jurnalist Xoşqədəm Hidayətqızını tənqid edib. 

Sonxeber.net olay-a istinadən xəbər verir ki, Tolik bu barədə aparıcısı olduğu "Tarixin bir günü" verilişində deyib. Prodüser bir müddət əvvəl hərbçilərlə bağlı söylədiyi fikirlərin qalmaqala səbəb olmasından söhbət açıb və ona dəstək olmayan dostlarından danışıb. 

Əliyev X. Hidayətqızından incidiyini vurğulayıb: "Xoşqədəmə görə, ölkədə bəlkə də, beş insanla danışmıram. O, bir status paylaşmağı mənə qıymadı, qorxdu! Amma Xoşqədəmin problemləri olanda hər dəfə sinəmi qabağa verirdim. Nazilə Səfərli ilə danışmamağımın səbəbkarı da odur. Özüm kimi şou-biznesdə ürəklisini görmədim".


Etiketlər:  Xoşqədəm status paylaşmağı mənə qıymadı qorxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ