Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA Mahir Emrelinin komandasını cəzalandırdı

UEFA Mahir Emrelinin komandasını cəzalandırdı

Tarix: 29 Yanvar 2022 13:50

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin məxsus olduğu Polşa "Legiya"sı cəzalanıb.

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, Varşava təmsilçisi UEFA tərəfindən cərimələnib.

Maliyyə sanksiyasına Avropa Liqasının "Spartak"la görüşündə baş verənlər səbəb olub. Mahirin komandası 17 min 500 avro cərimə ödəyəcək. Belə ağır cəzaya azarkeşlərin qaldırdığı banner səbəb olub.

Qeyd edək ki, "Legiya" öz meydanında 0:1 hesabı ilə uduzub.


Etiketlər:  UEFA Mahir Emrelinin komandasını cəzalandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ