Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəmkirdə motosiklet evakuator maşınına çarpılıb, ölən var

Şəmkirdə motosiklet evakuator maşınına çarpılıb, ölən var

Tarix: 31 Yanvar 2022 11:46

Şəmkirdə motosiklet evakuator maşınına çarpılıb, ölən var.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə yanvarın 30-u saat 18:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun rayonun Seyfəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Elşən Quliyevin idarə etdiyi "Muravey" markalı motosikleti Bakı istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında dayanmış Bəxtiyar Allahverənovun idarə etdiyi "Hyundai" markalı xüsusi təyinatlı (evakuator) avtomobilin arxa hissəsinə çarpılıb. Nəticədə E.Quliyev hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyində istintaq aparılır.

Milli.Az


Etiketlər:  Şəmkirdə motosiklet evakuator maşınına çarpılıb ölən var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ